satellite   Azerspace-1: 11135 H 30000

Serbiya və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər

Serbiya və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə biləcəklər

Serbiya və Türkiyə arasında hər iki ölkə vətəndaşlarının səyahətlərinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirməsinə dair müqavilə imzalanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Balkan regionu ölkələrinə səfəri çərçivəsində Serbiyaya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Aleksandr Vuçiç tərəfindən rəsmi mərasimlə qarşılanıb. Mərasimdən sonra Prezident Sarayında Rəcəb Tayyib Ərdoğan və Aleksandr Vuçiçin təkbətək görüşü olub, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müqavilələr imzalanıb.

Mətbuata birgə bəyanatla çıxış edən prezidentlər ikitərəfli əlaqələrin inkişafında məmnunluq ifadə ediblər. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Serbiya ilə Türkiyə arasında vətəndaşların gediş-gəlişinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi barədə razılıq əldə olunub.

Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Serbiya Biznes Forumunda iştirakı nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM