satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu Suriyada 5 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyada 5 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 5 YPG yaraqlısını (PKK terrorçularının Suriya qanadı) zərərsizləşdirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə, Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, silahlılar “Sülh mənbəyi” və “Fərat Qalxanı” əməliyyatlarının keçirildiyi bölgələri atəşə tutublar.

Ankara bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bildirmişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bu yana minlərlə türk təhlükəsizlik qüvvələri, hərbçiləri və mülki vətəndaşları bu qanlı təşkilata görə həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM