satellite   Azerspace-1: 11135 H 30000

Baş Qərargah: "Ötən sutka Rusiyanın 2 qırıcısı, 2 helikopteri və 5 PUA-sı məhv edilib"

Baş Qərargah: "Ötən sutka Rusiyanın 2 qırıcısı, 2 helikopteri və 5 PUA-sı məhv edilib"

Ukrayna Silahlı Qüvvələri sentyabrın 7-də Rusiyanın iki “Su-25” qırıcısını, iki helikopterini (“Ka-52” və “Mi-24”) və 5 PUA-sını məhv edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukraynanın müdafiəçiləri Rusiyanın Donetsk vilayətindəki Konstantinovka, Dibrovno, Qriqoryevka, Zaytsevo, Mayorsk, Nikoleyevka Vtoraya, Pervomaysk və Kamenka yaşayış məntəqələri istiqamətində hücumunu dəf ediblər.

Məlumata görə, ötən sutka ərzində quru qoşunlarının hərəkətlərinə dəstək məqsədilə Müdafiə Qüvvələri aviasiyası Rusiyanın canlı qüvvə və texnikasının cəmləşdiyi və möhkəmləndiyi yerlərə 30-dan artıq zərbə endirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM