satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyət daha bir həftə uzadılıb

Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyət daha bir həftə uzadılıb

Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən 11 aeroportda uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Federal Hava Nəqliyyatı Agentliyinə istinadla məlumat yayıb. “Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuşlara qoyulan məhdudiyyət rejimi 2022-ci il sentyabrın 16-dək uzadılıb”, - deyə məlumatda bildirilir.

Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə ilə bağlı fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM