satellite   Azerspace-1: 11135 H 30000

Səfirlik Ermənistandakı ABŞ vətəndaşlarını Rusiya təyyarələrindən istifadə etməməyə çağırıb

Səfirlik Ermənistandakı ABŞ vətəndaşlarını Rusiya təyyarələrindən istifadə etməməyə çağırıb

ABŞ Ermənistandakı vətəndaşlarını Rusiyaya məxsus aviadaşıyıcılardan istifadə etməməyə çağırıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, müraciəti ABŞ-ın Ermənistandakı səfirliyinin təhlükəsizlik xidməti yayıb.

Səfirliyin saytında dərc olunmuş ismarışda bildirilib ki, Rusiya aviadaşıyıcıları, təyyarələri Ermənistanda fəaliyyətini davam etdirir. Ona görə də səfirlik sentyabrın 8-də yaydığı xəbərdarlıqda Ermənistandakı ABŞ vətəndaşlarını diqqətli və ehtiyatlı olmağa çağırıb.

Diplomatik nümayəndəlik vətəndaşlarını məlumatlandıraraq qeyd edib ki, Federal Aviasiya Administrasiyası (FAA) Rusiya aviadaşıyıcılarının Mülki Aviasiya Administrasiyasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nəzarət üzrə təhlükəsizlik standartlarına cavab verməməsi faktını nəzərə alaraq bu ölkənin hava təhlükəsizliyi reytinqini aşağı salıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM