satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

“Səmərqənddə cənab Putinlə geniş və ətraflı müzakirələrimiz olacaq. Xüsusilə taxıl dəhlizi ilə bağlı fikir mübadiləsi aparacağıq”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Cənab Putinin taxıl kasıb yox, varlı ölkələrə gedir fikrini doğru hesab edirəm. Bu, belə olmamalıdır. Çünki prioritet kasıb ölkələrin çətin durumda qalmamasıdır. Amma indi vəziyyət elə deyil. Səmərqənddə Putindən xahiş edəcəm ki, Rusiya məhsulları dəhliz vasitəsilə dünya bazarına çıxarılsın”, - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM