satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada matəm II Elizabetin dəfnindən yeddi gün sonra ləğv olunacaq

Britaniyada matəm II Elizabetin dəfnindən yeddi gün sonra ləğv olunacaq

Böyük Britaniyada Kraliça II Elizabetin vəfatı ilə bağlı ümummilli matəm cümə günü başlayıb və onun dəfindən sonrakı yeddinci günə qədər davam edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Bukingem sarayının bəyanatında bildirilir.

“Kraliçanın vəfatından sonra Əlahəzrət Kral (III Çarlz) arzu etdiyini deyib ki, matəmin müddəti hazırkı vaxtdan başlayaraq Kraliçanın dəfnindən sonrakı yeddi gün boyunca davam etsin”, - sarayın bəyanatında belə deyilir. Eyni zamanda, qeyd olunur ki, dəfn mərasiminin tarixi hələlik təyin olunmayıb və müvafiq qərar “vaxtında” qəbul ediləcək.

Bundan əvvəl yayılan matəm tədbirləri planına əsasən, dəfn mərasiminin təxmini tarixi kraliçanın ölümündən sonrakı 10-cu günə nəzərdə tutulur. Beləliklə, matəm təxminən sentyabrın 25-26-dək davam etməlidir.

Xatırladaq ki, 96 yaşlı Kraliça II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində hamıdan çox - 70 il yeddi ay taxtda olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM