satellite   Azerspace-1: 11135 H 30000

AEBA Rusiyanı "Zaporojye" AES ərazisində fəaliyyətini dərhal dayandırmağa çağırır

AEBA Rusiyanı "Zaporojye" AES ərazisində fəaliyyətini dərhal dayandırmağa çağırır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İdarəetmə Şurası Rusiyanı "Zaporojye" Atom Elektrik Stansiyasının (AES) ərazisində fəaliyyəti dayandırmağa çağırmağı planlaşdırır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Polşa və Kanada nümayəndələrinin hazırladığı sənəd layihəsində deyilir.

Sənəddə Rusiyanın hərəkətlərinin bu obyektlərin və onların mülki personalının təhlükəsizliyinə ciddi və birbaşa təhdidlər yaratdığı və bunun da nüvə qəzası riskini xeyli artırdığı əks olunur.

Bundan əlavə, AEBA Rusiyanın Ukraynadakı nüvə obyektlərinə qarşı davam edən zorakı hərəkətlərini, o cümlədən orada hərbçilərin və “Rosatom” əməkdaşlarının olmasını pisləyir.

Bildirək ki, İdarəetmə Şurası Baş Konfransla birlikdə AEBA-nın iki rəhbər orqanından biridir. Bura 35 ölkə, o cümlədən Rusiya daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM