satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada sentyabr ayına planlaşdırılan tətillər Kraliçanın ölümü səbəbindən ləğv edilib

Böyük Britaniyada sentyabr ayına planlaşdırılan tətillər Kraliçanın ölümü səbəbindən ləğv edilib

Böyük Britaniyada sentyabr ayına planlaşdırılan böyük tətillər Kraliça II Elizabetin ölümü səbəbindən ləğv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, poçt (Royal Mail) və dəmir yolu işçilərini təmsil edən həmkarlar ittifaqları Kraliçanın "ölkəyə və ailəsinə xidmətinə hörmət əlaməti olaraq" tətil aksiyasını dərhal dayandırdıqlarını açıqlayıblar.

Poçt işçilərinin sentyabrın 9-na planlaşdırılan tətil aksiyası və dəmiryolçularının sentyabrın 15-i və 17-də keçirmək istədikləri tətil aksiyası dayandırılıb, qatar maşinistlərinin həmkarlar ittifaqı isə entyabrın 15-nə planlaşdırılan tətili təxirə salıb.

Dəmiryol Paylama Qrupu tətillərin davam etmədiyi üçün qatarların hərəkət cədvəllərinin adi qaydada olacağını bildirib.

Xatırladaq ki, 96 yaşlı Kraliça II Elizabet sentyabrın 8-də Şotlandiyadakı Balmoral qəsrində vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM