satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna limanlarından ərzaq məhsulları ilə dolu daha 5 gəmi yola düşüb

Ukrayna limanlarından ərzaq məhsulları ilə dolu daha 5 gəmi  yola düşüb

"Taxıl təşəbbüsü"nün həyata keçirilməsi çərçivəsində sentyabrın 10-da Ukrayna ərzaq məhsulları ilə dolu daha 5 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, gəmilərin göyərtəsində ümumilikdə 90 min ton kənd təsərrüfatı məhsulu var. Gəmilər Afrika və Avropa ölkələrinə yola düşüb.

Vurğulanıb ki, “taxıl dəhlizi” işə başlayandan indiyədək 2,6 milyon ton Ukrayna kənd təsərrüfatı məhsulu ixrac edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM