satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu daha bir qəsəbəni azad edib

Ukrayna ordusu daha bir qəsəbəni azad edib

Ukrayna ordusu Xarkov əyalətinin Kazaçya Lopan qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Derqaçev Şəhər Şurasının feysbuk səhifəsində bildirilib.

Qeyd edilir ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Kazaçya Lopan qəsəbəsinin əhalisini təxliyə edib. Qəsəbədə Ukrayna bayrağı ucaldılıb.

Bundan əvvəl Derqaçevin meri Vyaçeslav Zadorenko Rusiya hərbçilərinin qəsəbəni boşaltmağa başladığı barədə məlumat verib.

"Bizdə olan məlumata görə, Rusiya hərbçiləri Kazaçya Lopandan Belqoroda qaçır, yerli əhalini təxliyə edirlər. Baş Qərargahdan rəsmi məlumat gözləyirik", - Zadorenko qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM