satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada “Bayraktar” zavodu inşa ediləcək

Ukraynada “Bayraktar” zavodu inşa ediləcək

Türkiyənin “Baykar” hərbi şirkəti Ukraynada pilotsuz təyyarələrin istehsalı və inkişafı mərkəzinin yaradılması layihəsinin icrası üzərində işləməyə davam edir. Ukraynada inşa ediləcək zavodun maketi də artıq hazırdır. Zavodun inşasına 2023-cü ilin sonunda başlanılacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukraynanın “Defence Express” nəşrinə istinadla xəbər verir ki, mərkəzin Ukraynadakı ümumi sahəsi 30 min kvadratmetrdən çox, ukraynalı mühəndis və texniki işçilərin sayı isə 300 nəfərdən çox olması nəzərdə tutulur.

Zavod həm də pilotsuz təyyarələr istehsal edəcək. Burada “Bayraktar TB2”, “Akıncı”, “Kızılelma” və şirkətin digər məhsulları da istehsal olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM