satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusunun dörd əsgəri şəhid olub

Türkiyə ordusunun dörd əsgəri şəhid olub

İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) dörd əsgəri şəhid olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla çıxan qarşıdurmada Türkiyə ordusunun iki hərbiçisi şəhid olub, daha dörd əsgər yaralanıb. Dərhal xəstəxanaya çatdırılan əsgərlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.

Cavab əməliyyatları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM