satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ Türkiyədən “Bayraktar TB2” pilotsuz hücum kompleksi alacaq

BƏƏ Türkiyədən “Bayraktar TB2” pilotsuz hücum kompleksi alacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən “Bayraktar TB2” pilotsuz hücum kompleksi və “Roketsan” şirkətinin istehsal etdiyi MAM-L yüksək dəqiq aviasiya bombaları alacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi BƏƏ mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Türkiyə tərəfi ilə bu ilin martından aparılan danışıqlar başa çatmaq üzrədir və tezliklə müvafiq saziş imzalanacaq. Xəbərlərdə qeyd olunub ki, Əmirliklərin hökuməti altı il ərzində təhvil veriləcək hücum kompleksinə daxil olan 120 dron və onlar üçün yüksək dəqiq aviasiya bombalarının alınması üçün 2 milyard ABŞ dolları məbləğində vəsait ayırıb. Pilotsuz hücum kompleksinin istehsalçısı “Baykar” kompaniyası hər il BƏƏ-yə 20 dron tədarük edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM