satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan Blinkenlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Paşinyan Blinkenlə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənitan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Blinken mövcud vəziyyətlə bağlı Amerika tərəfinin dərin narahatlığını ifadə edib və vəziyyətin daha da gərginləşdirilməsini yolverilməz hesab edib. ABŞ dövlət katibi vəziyyəti sabitləşdirmək üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM