satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan paytaxtına əvvəlki adının qaytarılması təklif olunur

Qazaxıstan paytaxtına əvvəlki adının qaytarılması təklif olunur

Qazaxıstan parlamentinin respublika paytaxtının əvvəlki adına qaytarılması təklifi ölkə prezidenti Kasım-Jomart Tokayevin razılığı ilə konstitusiya dəyişiklikləri haqqında qanun layihəsinə daxil edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Ruslan Jeldibay bildirib.

“Parlamentin bir qrup deputatı Astananın keçmiş adının Qazaxıstan paytaxtına qaytarılmasını təklif edib. Əhalinin çoxsaylı müraciətlərinə əsaslanan təşəbbüslə bağlı dövlət başçısına məlumat verilib. Deputatların təklifi dövlət başçısının razılığı ilə konstitusiya qanunu layihəsinə daxil edilib”, - deyə Ruslan Jeldibay özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Kasım-Jomart Tokayev, həmçinin hesab edir ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin adını daşıyan digər obyektlərin adları saxlanılmalıdır. “Prezident Qazaxıstanın müasir dövlətçiliyinin möhkəmlənməsində və paytaxtın formalaşmasında Nursultan Nazarbayevin həlledici rolunu tarixi fakt kimi qiymətləndirir”, - deyə mətbuat katibi əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM