satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Xarkovda daha üç yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna ordusu Xarkovda daha üç yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin daha üç yaşayış məntəqəsini işğaldan azad edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun 127 briqadası məlumat yayıb.

Bildirilib ki, Rusiya ilə sərhəddə yerləşən Liptsi, Qlubokoye və Streleçyeni yaşayış məntəqələri işğaldan azad edilib. Həmin məntəqələrdə artıq Ukraynanın dövlət bayrağı dalğalanır.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyindən Xarkov vilayətinin 300 yaşayış məntəqəsinin işğaldan azad edildiyi bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM