satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna qoşunu Kiselevka qəsəbəsini azad edib

Ukrayna qoşunu Kiselevka qəsəbəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığındakı Kiselevka qəsəbəsini əks-hücumla Rusiya hərbçilərindən azad edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin Regional Şurasının sədri Aleksandr Samoylenko bildirib.

"Dünən (senrtyabrın 13-də red.) vilayət mərkəzinə yaxın ərazidə yerləşən Kiselevka qəsəbəsi işğaldan azad edilib. Bu gün Ukrayna ordusunu Xerson şəhərindən ayıran yeganə yaşayış məntəqəsi şanlı Çernobayevkadır", - Samoylenko deyib.

Onun sözlərinə görə, azad edilmiş Kiselevka Xersondan 25 km məsafədə yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM