satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Özbəkistana yola düşüb

Türkiyə Prezidenti Özbəkistana yola düşüb

Sentyabrın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana yola düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının 22-ci Dövlət Başçıları Sammitində iştirak edəcək. Prezident Ərdoğanın sentyabrın 16-da keçiriləcək Zirvə toplantısında çıxışı gözlənilir.

Səfər iki gün davam edəcək.

Qeyd edək ki, 2012-ci ildən bu yana Şanxay Əməkdaşlıq Təşkilatında “Dialoq tərəfdaşı” statusunu alan Türkiyə ilk dəfə prezident səviyyəsində Zirvə toplantılarında iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM