satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğanla Putinin görüşünün dəqiq tarixi və gündəliyi açıqlanıb

Ərdoğanla Putinin görüşünün dəqiq tarixi və gündəliyi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək görüşün dəqiq tarixi və gündəliyi açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Haber Global”a istinadən xəbər verir ki, iki ölkə lideri sabah, sentyabrın 16-da bir araya gələcəklər.

Görüş Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutacaq.

Dövlət başçıları Ukraynada taxıl ixracı ilə bağlı avqust ayında Soçidə əldə etdikləri razılıqların icra vəziyyətini müzakirə edəcəklər. Bundan başqa, R.T.Ərdoğan və V.Putinin Rusiyadan taxıl ixracı, Cənubi Qafqaz və Suriyadakı durum barədə fikir mübadiləsi aparacaqları gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM