satellite   Azerspace-1: 11135 H 30000

Bosniya və Herseqovina Xorvatiyaya nota verib

Bosniya və Herseqovina Xorvatiyaya nota verib

Bosniya və Herseqovina Xorvatiya Prezidenti Zoran Milanoviçin Srebrenitsa soyqırımını rədd edən açıqlamalarına görə bu ölkəyə etiraz notası göndərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, notada Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi Xorvatiya Prezidenti Zoran Milanoviçin sentyabrın 12-də Brdo Briyoni Sammiti zamanı işçi naharda Srebrenitsa soyqırımını inkar edən bəyanatlarını sərt şəkildə pisləyib.

İşçi naharda iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Xorvatiya Prezidenti Zoran Milanoviçin Srebrenitsa soyqırımı ilə bağlı Beynəlxalq Haaqa Tribunalının qərarını şübhə altına alan fikirlər səsləndirdiyini deyib.

Xatırladaq ki, 2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM