satellite   Azerspace-1: 11135 H 30000

Tacikistan Sərhəd Xidməti: Qırğızıstanla bütün sərhəd boyu döyüşlər gedir

Tacikistan Sərhəd Xidməti: Qırğızıstanla bütün sərhəd boyu döyüşlər gedir

“Qırğızıstan sərhəddəki münaqişə ilə bağlı Tacikistanı əsassız olaraq ittiham etmək üçün sosial şəbəkələrdən yararlanır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, açıqlamanı Tacikistan Milli təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb.

“Qırğız Respublikası sosial şəbəkə vasitəsi ilə Tacikisitanı münaqişəni davam etdirməkdə ittiham etməyə cəhd göstərir. Bunların heç biri reallığı əks etdirmir. Tacikistan Respublikası və Qırğız Respublikası ilə dövlət sərhədində vəziyyətin sabitləşməsi üzrə cəhdlərimiz 2022-ci il sentyabrın 15-də uğursuzluqla nəticələndi. Qırğızıstan silahlı münaqişəni davam etdirir və problemin danışıqlar yolu ilə həllindən imtina edir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda Tacikistan və Qırğızıstanın dövlət sərhədində döyüşlər gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM