satellite   Azerspace-1: 11135 H 30000

BMT: Ukraynada müharibə səbəbindən 70 milyon insan aclıqla üzləşə bilər

BMT: Ukraynada müharibə səbəbindən 70 milyon insan aclıqla üzləşə bilər

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli dünyanın görünməmiş qlobal fövqəladə vəziyyətlə qarşı-qarşıya qaldığını bildirib. O qeyd edib ki, təxminən 345 milyon insan aclıq təhlükəsi ilə üzləşib ki, onlardan 70 milyonu bu vəziyyətə Ukraynadakı müharibə səbəbindən düşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında çıxış edən Devid Bizli dünyanın 82 ölkəsində kəskin ərzaq qıtlığının müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünyada ərzaq böhranının dərinləşməsinə, yanacaq və gübrə xərclərinin kəskin artmasına səbəb olub.

Devid Bizli iyul ayında Ukrayna taxılının daşınması üzrə sazişə və Rusiya gübrəsini dünya bazarlarına qaytarmaq səylərinə baxmayaraq, real aclıq riskinin qaldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM