satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstanın Sərhəd Xidməti: “Tacikistan Dostuk kəndini minaatanlardan atəşə tutur”

Qırğızıstanın Sərhəd Xidməti: “Tacikistan Dostuk kəndini minaatanlardan atəşə tutur”

Tacikistan tərəfi Dostuk kəndini minaatanlardan atəşə tutur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik-Qırğızıstan”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Qeyd edilib ki, əvvəlki razılaşmalara baxmayaraq, atışmalar davam edir.

Qırğızıstan tərəfi məlumat verib ki, Sərhəd Xidmətinin Batken bölgəsində yerləşən bölmələri Tacikistanın hücumunu dəf edir.

Xatırladaq ki, sentyabrın 17-nə keçən gecə iki ölkə arasında başlayan toqquşmalar nəticəsində Qırğızıstanın 24 vətəndaşı ölüb, 103 nəfər isə yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM