satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstanda sərhəd rayonlarından 142 min nəfər təxliyə edilib

Qırğızıstanda sərhəd rayonlarından 142 min nəfər təxliyə edilib

Toqquşmaların baş verdiyi Tacikistanla sərhədə yaxın ərazidə yaşayan Qırğızıstan vətəndaşlarının təxliyəsi prosesi başa çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “TASS”a Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə və xilasetmə işləri departamentinin rəhbəri Bolot Şarşanəliyev bildirib.

“Bəli, evakuasiya prosesinin başa çatdığını deyə bilərik. Biz demək olar ki, bütün əhalini təxliyə etdik. Ərazilərdə yalnız evlərin təhlükəsizliyini təmin etmək üçün yerli sakinlərdən yaradılan könüllü xalq dəstələri qalıb. Qadınlar, uşaqlar, qocalar isə artıq təxliyə edilib”, - deyə Şarşanəliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə, Batken və Oş vilayətlərinin bir sıra yaşayış məntəqələrinin sakinləri nəzərə alınmaqla, 142 minə yaxın insan təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM