satellite   Azerspace-1: 11135 H 30000

Suriyanın şimalında PKK/YPG liderlərindən biri zərərsizləşdirilib

Suriyanın şimalında PKK/YPG liderlərindən biri zərərsizləşdirilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyanın şimalında keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının liderlərindən biri zərərsizləşdirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik güclərindəki mənbələr məlumat verib.

Məlumata əsasən, Ayn-İsa bölgəsində iki pilotsuz təyyarənin endirdiyi zərbələr nəticəsində 5 silahlı məhv edilib. Məhv edilən terrorçular arasında PKK/YPG-nin Fərat bölgəsinə "məsul" olan "Rojhat Karakoçan" kod adı ilə tanınan Mehmet Gürbüz də olub.

M.Gürbüz Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan xüsusilə təhlükəli cinayətkarların "qırmızı kateqoriyası"nda yer alırdı.

Qeyd edilir ki, xüsusi əməliyyat sentyabrın 16-da keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM