satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan paytaxtının Astana adlandırılması ilə bağlı göstərici lövhələr dəyişdirilir

Qazaxıstan paytaxtının Astana adlandırılması ilə bağlı göstərici lövhələr dəyişdirilir

Qazaxıstan paytaxtına Astana adının qaytarılması ilə əlaqədar olaraq göstərici lövhələrin dəyişdirilməsinə başlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Qazaxıstan mediasına istinadla xəbər verir ki, “Kazavtojol” kompaniyasının məlumatına görə, bu günədək 100-ə yaxın informasiya pannosu dəyişdirilib.

“Paytaxtın adının dəyişdirilməsi ilə əlaqədar respublika əhəmiyyətli avtomobil yolları boyunca 467 məlumat lövhəsinin yenilənməsi planlaşdırılır”, - deyə kompaniyadan bildiriblər.

Qeyd edək ki, sentyabrın 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nur-Sultan şəhərinin Astana adlandırılması barədə fərman imzalayıb. Bununla da şəhərin adı altıncı dəfə dəyişdirilib. 1830-cu ildə kazak qəsəbəsi olaraq əsası qoyulmuş şəhər əvvəlcə Akmolinsk, 1961-ci ildə isə Selinoqrad adlandırılıb. 1992-ci ildə ona Akmola adı verilib.

1997-ci ilin dekabrında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə paytaxt Almatıdan Akmolaya köçürülüb və şəhərin adı Astana (qazax dilindən tərcümədə - paytaxt) olaraq dəyişdirilib. 2019-cu ilin martında Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə ölkə paytaxtı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM