satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara məxsus mağaraları məhv edib

Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara məxsus mağaraları məhv edib

Türkiyə təhlükəsizlik qüvvələri dövlət sərhədi boyu və ölkə daxilində antiterror əməliyyatlarını uğurla davam etdirir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ağrı vilayətinin Doğubayazıt və Van vilayətinin Çaldıran rayonları arasında yerləşən Tendürek (3533 metr) ilə Kiçik Tendürek (3291 metr) dağlarında həyata keçirilən əməliyyatlar nəticəsində zirvəli bölgələr terroristlərdən təmizlənib.

Qəhrəman türk hərbçilər indiyədək bölgədə 150-dən yuxarı mağara, sığınacaq aşkarlayıblar. Onlardan 70-ə yaxınından bunker kimi istifadə olunub. Bunkerlərdə yaşayış üçün vəsaitlər, o cümlədən cəbbəxana və logistik ləvazimat ələ keçirilib. Adı çəkilən bölgələr Türkiyə təhlükəsizlik qüvvələrinin tam nəzarətinə keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM