satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna hərbçiləri Luqansknın daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri Luqansknın daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qayday məlumat verib.

Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilib.

Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir. Bu ilin iyulunda Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM