satellite   Azerspace-1: 11135 H 30000

Kraliça II Elizabetin dəfn mərasimi başa çatıb

Kraliça II Elizabetin dəfn mərasimi başa çatıb

Kraliça II Elizabetin dəfn mərasimi dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Vindzorda yerləşən Müqəddəs Georgi Kapellasında keçirilən dini mərasim başa çatıb.

Bu axşam kral ailəsi üçün keçiriləcək xüsusi mərasimdən sonra Kraliça Müqəddəs Georgi Kapellasının içərisindəki Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.

Qəbir daşında “II ELIZABET 1926-2022” yazılacaq.

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM