satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkilərində qalib gələcəyinə əminliyini bildirib

Rəcəb Tayyib Ərdoğan növbəti prezident seçkilərində qalib gələcəyinə əminliyini bildirib

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan gələn il Türkiyədə keçiriləcək prezident seçkilərində qələbə qazanacağına əminliyini ifadə edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə prezidenti BBC telekompaniyasına müsahibəsində deyib.

“Seçkilərin nəticələri bizi narahat etmir. Heç kim bizi əvəz edə bilməz, çünki alternativimiz yoxdur”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Avqust ayında Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ölkədə prezident seçkilərinin 2023-cü il iyunun 18-də keçiriləcəyini açıqlayıb. Türkiyədə yerli qanunlara əsasən prezident və parlament seçkiləri eyni gündə keçirilir. Hakim “Xalq" Alyansı onların vahid namizədinin hazırkı prezident Rəcəb Tayyib Ərdoğan olacağını elan edib. Altı partiyanın bloku ilə təmsil olunan müxalifət isə hələlik öz namizədini müəyyən edə bilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM