satellite   Azerspace-1: 11135 H 30000

Türk hərbçiləri İraqın şimalında ən mühüm terror hədəflərindən biri olan “Mehmetçik Təpəsi”ni nəzarətə götürüblər

Türk hərbçiləri İraqın şimalında ən mühüm terror hədəflərindən biri olan “Mehmetçik Təpəsi”ni nəzarətə götürüblər

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı ən mühüm hədəflərindən birini nəzarətə götürüblər. Zap vadisindəki “Mehmetçik Təpəsi” adlanan ərazinin alınması ilə təşkilatın strategiyası darmadağın edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Türkiyə mediasına istinadla xəbər verir ki, bu təpə “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə yerləşir.

PKK-nın əsas damarlarından biri hesab olunan bu ərazi terrorçuların möhkəmləndiyi mühüm mərkəz idi.

Ərazidə bir-birinə bağlı onlarla giriş-çıxışı olan bir neçə metr uzunluğunda tunellər aşkar edilib. Bu tunellərin yaşayış yeri kimi istifadə edildiyi, bəzilərinin girişində dəmir qapıların olduğu aşkarlanıb. Aparılan araşdırma nəticəsində bu qapıların arxasında müayinə otaqlarının yerləşdiyi və yaralı terrorçuların burada müalicə edildiyi müəyyənləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM