satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 55 mini keçib"

Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 55 mini keçib"

“Son sutkada Ukraynada Rusiya ordusunun 300 hərbçisi məhv edilib”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bununla da müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 55 110-a çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 227 tank, 4 748 zirehli döyüş maşını, 1 340 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 217 helikopter, 932 PUA, 239 qanadlı raket, 15 gəmi, 3 610 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM