satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada hərbi səfərbərlik haqqında Prezident Fərmanının 7-ci bəndi məxfi saxlanılacaq

Rusiyada hərbi səfərbərlik haqqında Prezident Fərmanının 7-ci bəndi məxfi saxlanılacaq

Rusiyada hərbi səfərbərlik haqqında Prezident Fərmanının 7-ci bəndi məxfidir və bu bəndin məzmunu açıqlanmayacaq.

Naxçıvan televiziyası İnformaisya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Qeyd edək ki, Fərmanda 6-cı bənddən sonra dərhal 8-ci bənd əksini tapıb. D.Peskovun sözlərinə görə, 7-ci bənddə səfərbərliyə cəlb olunan şəxslərin sayından söhbət gedir və bu bənd xidməti istifadə üçündür.

O, həmçinin səfərbərliyə cəlb olunması nəzərdə tutulan 300 min nəfərin eyni vaxtda hərbi xidmətə çağırılmayacağını da qeyd edib.

Kremlin sözçüsü ölkədə qismən səfərbərliyin müddəti barədə danışmaqdan yayınaraq, Fərmanda səfərbərlik müddətindən söz getmədiyini bildirib.

D.Peskov hansı şəxslərin səfərbərliyə cəlb olunmayacağı barədə əlavə məlumat veriləcəyini və bu qismin hökumət tərəfindən müəyyən olunacağını diqqətə çatdırıb. O, habelə səfərbərliyə cəlb olunması gözlənilən şəxslər üçün sərhədlərin bağlanacağı barədə suala cavabında “bir qədər gözləməyi” təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM