satellite   Azerspace-1: 11135 H 30000

Britaniya kəşfiyyatı: "Rusiyadakı qismən səfərbərliyin uzun müddət effektiv olacağı mümkün deyil"

Britaniya kəşfiyyatı: "Rusiyadakı qismən səfərbərliyin uzun müddət effektiv olacağı mümkün deyil"

"Rusiya ehtiyatda olan 300 min hərbçini orduya cəlb etməklə yeni birləşmələr yaratmağa çalışacaq, amma bunun uzun müddət effektiv olacağı mümkün deyil".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

"Çox güman ki, Rusiya əhalisinin bir hissəsi Vladimir Putinin qismən səfərbərliklə bağlı qərarını bəyənmir. Kreml rəhbəri döyüş gücünü bərpa etmək naminə siyasi riski qəbul edir. Bu addım faktiki olaraq Rusiyanın Ukraynada döyüşmək istəyən könüllü ehtiyatının tükəndiyini etiraf etmək deməkdir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM