satellite   Azerspace-1: 11135 H 30000

Rusiya vətəndaşlarının Monqolustana axını artıb

Rusiya vətəndaşlarının Monqolustana axını artıb

Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra Monqolustanla sərhəd-keçid məntəqəsində avtomobil karvanının növbəsi yaranıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Kyaxta dövlət sərhəd-keçid məntəqəsində Rusiyadan Monqolustana keçmək istəyənlər uzun növbəyə durublar.

Qeyd olunub ki, qismən səfərbərlik elan ediləndən sonra ölkədən kütləvi axın başlayıb. Onlar əsasən, Rusiya vətəndaşlarına viza qadağası qoyulmayan ölkələrə üz tuturlar.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM