satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda prezident seçkilərinə namizədlərin irəli sürülməsi sentyabrın 23-də başlayacaq

Qazaxıstanda prezident seçkilərinə namizədlərin irəli sürülməsi sentyabrın 23-də başlayacaq

Qazaxıstanda noyabrın 20-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri üçün namizədlərin irəli sürülməsi prosesi sentyabrın 23-də başlayacaq və oktyabrın 11-i yerli vaxtla saat 18:00-dək davam edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib.

Daha sonra MSK üzvləri iclasda seçkiqabağı təşviqatın aparılması ilə bağlı müvafiq planı təsdiq ediblər. Həmçinin seçkilərdə xarici müşahidəçilərin iştirakını ölkənin Xarici İşlər Nazirliyinin təşkil edəcəyi vurğulanıb.

Qeyd edək ki, sentyabrın 1-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciəti zamanı bu ilin payızında prezident postuna, 2023-cü ilin birinci yarısında parlamentin aşağı palatasına və yerli nümayəndə orqanlarına növbədənkənar seçkilərin keçiriləcəyini elan edib. Prezident, həmçinin sentyabrın 17-də dövlət başçısının səlahiyyət müddətini təkrar seçilməmək şərti ilə 7 ilədək uzadılmasını ehtiva edən konstitusiya dəyişikliyini təsdiqləyib. Dünən isə dövlət başçısı növbədənkənar prezident seçkilərinin noyabrın 20-nə təyin olunması barədə fərman imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM