Rusiyanın 55 hərbçisi Ukraynadan əsrlikdən qayıdıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildiriblər ki, əsirlər mübadiləsinə dair aparılan danışıqlar nəticəsində sentyabrın 22-də gecə Rusiyanın 55 hərbçisi geri qaytarılıb. Azad edilən əsirlər təyyarə ilə Rusiyaya gətirilib və Müdafiə Nazirliyinin hospitallarında yerləşdirilib.
