satellite   Azerspace-1: 11135 H 30000

PKK/KCK terror təşkilatının iki üzvü ələ keçirilib

PKK/KCK terror təşkilatının iki üzvü ələ keçirilib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı tərəfindən ölkə sərhədinə yaxın bölgədə keçirilən əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının iki üzvü ələ keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, onlardan biri “Dövlətin birliyini və ölkənin bütövlüyünü pozma” cinayətinə görə qırmızı bülletenlə axtarışda olan PKK/KCK üzvü Atilla Çiçək (kod adı Leheng), digəri isə təşkilatın guya məsul şəxslərindən biri olan Hüseyn Yıldırımdır (kod adı Alişer).

Terrorçular Türkiyəyə ekstradisiya olunublar.

Qeyd edək ki, Türkiyənin Tunceli vilayətində 2012-ci il sentyabrın 25-də altısı hərbçi, biri mülki vətəndaş olmaqla qətlə yetirilən yeddi nəfərin öldürülməsində, eləcə də 2020-ci il avqustun 29-da Ağrının Doğubəyazıt rayonunda Türkiyə Silahlı Qüvvələrinin iki üzvünün şəhid olduğu bombalı hücumun səbəbkarları arasında yer alan Atilla Çiçəyin Suriya və İranda, Hüseyn Yıldırımın isə Suriya və İraqda təşkilatın məsul üzvü səviyyəsində fəaliyyət göstərdikləri müəyyən edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM