satellite   Azerspace-1: 11135 H 30000

Aleksandr Lukaşenko Belarusda səfərbərlik olmayacağını bildirib

Aleksandr Lukaşenko Belarusda səfərbərlik olmayacağını bildirib

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə səfərbərlik olmayacağını bəyan edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi BelTA agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti cümə günü jurnalistlərə bildirib.

"Bu səfərbərlik Rusiyadadır. Bu körpünü bizim üstümüzə atmağa çalışırlar ki, bizdə də olacaq. Heç bir səfərbərlik olmayacaq. Bu, yalandır", - Aleksandr Lukaşenko belə deyib.

Prezident əlavə edib ki, Belarusda mümkün təhdidlərə və terror aktları törətmək cəhdlərinə mütləq cavab veriləcək. Onun sözlərinə görə, bunun üçün mütəmadi olaraq, o cümlədən könüllülərin iştirakı ilə müxtəlif təlimlər keçirilir ki, insanlar öz vəzifələrini bilsinlər, lazımi hərbi vərdişlərə yiyələnsinlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM