satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin XİN başçısı: "Rusiyadakı qismən səfərbərlik müharibəni daha da uzada bilər"

Türkiyənin XİN başçısı: "Rusiyadakı qismən səfərbərlik müharibəni daha da uzada bilər"

"Rusiyadakı qismən səfərbərlik müharibəni daha da uzada bilər".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə edib.

"O, öz ölkəsinin qərarlarını müdafiə edir. Qismən səfərbərlik hər ölkənin öz haqqıdır. Səbəb davam edən müharibədir. Bizim səylərimiz Ukrayna və Rusiya liderlərini görüşdürüb, savaşa ən qısa vaxtda son verməkdir”, - o bildirib.

M.Çavuşoğlunun fikrincə, iş Rusiya və Ukrayna tərəfləri ilə danışıqlar aparmaqla bitmir: XİN başçısı vurğulayıb ki, müharibənin uzanmasını istəyən digər tərəfləri də razı salmaq lazımdır: “Biz həmişə deyirik ki, müharibənin qalibi, ədalətli sülhün məğlubu olmaz”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM