satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəyə gələn rusiyalı turistlərin sayı avqustda 11 faiz azalıb

Türkiyəyə gələn rusiyalı turistlərin sayı avqustda 11 faiz azalıb

Türkiyəyə gələn rusiyalı turistlərin sayı avqust ayında illik ifadədə 11 faiz azalaraq 806 min 505 nəfər təşkil edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət Və Turizm Nazirliyi məlumat yayıb. Eyni zamanda bildirilir ki, yanvar-avqust aylarında Türkiyəyə 3 milyon rusiyalı turist gəlib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54 min nəfər çoxdur.

Avqustda ölkəyə ümumi turist axını 58,3 faiz artaraq 6,3 milyon nəfərə çatıb. Onların arasında almanlar çoxluq təşkil edir – 858,3 min turist (ötən ilə nisbətən 40,5 faiz artım). Ən çox artım isə britaniyalı turistlərin sayında qeydə alınıb – 550 min nəfər (ötən illə müqayisədə 25 dəfə çox). Turist axınının üçdəbir hissəsindən çoxu Antalyanın, dörddəbirindən çoxu isə İstanbulun payına düşüb.

Ümumilikdə Türkiyəni səkkiz ayda 29,33 milyon turist ziyarət edib ki, bu da 108,5 faiz artım deməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM