satellite   Azerspace-1: 11135 H 30000

Tacikistanla sərhəddə ölən Qırğızıstan vətəndaşlarının sayı 62-yə çatıb

Tacikistanla sərhəddə ölən Qırğızıstan vətəndaşlarının sayı 62-yə çatıb

Tacikistanla sərhəddə son silahlı toqquşmalarda ölən Qırğızıstan vətəndaşlarının sayı 62 nəfərə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl münaqişə nəticəsində 59 Qırğızıstan vətəndaşının öldüyü, 200-ə yaxın şəxsin isə yaralandığı açıqlanmışdı.

Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasında silahlı toqquşmalar sentyabrın 14-də Tacikistanın Vorux anklavının Kex bölgəsində başlayıb, ümumi sərhədin ayrı-ayrı hissələrində sentyabrın 17-dək davam edib. Tacikistan tərəfinin məlumatına görə, münaqişə zamanı 40-dan çox ölkə sakini ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM