satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreya və ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başlayıb

Cənubi Koreya və ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başlayıb

Bu gün Cənubi Koreya və ABŞ Koreya yarımadası yaxınlığında son beş ildə ilk dəfə dörd günlük birgə dəniz təliminə başlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, təlimlərdə “Ronald Reyqan” aviadaşıyıcısının başçılıq etdiyi ABŞ zərbə təyyarədaşıyan qrupu iştirak edir. Bura həmçinin raket kreyseri “Chancellorsville” və “Barry” eskadra gəmisi daxildir. Təlimlərdə ABŞ-ın “Annapolis” sualtı nüvə gəmisinin də iştirakı planlaşdırılır.

Təlimlərdə gəmi əleyhinə və sualtı qayıqlara qarşı əməliyyatlar, taktiki manevrlər və digər hərəkətlər həyata keçiriləcək.

Agentlik qeyd edib ki, təlim Seul və Vaşinqtonun təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməsi fonunda başlayıb: “Təlimlər Pxenyanın nüvə sınağı və ya sualtı qayıqdan ballistik raket buraxılışı kimi təxribat xarakterli hərəkətlər edə biləcəyinə dair davamlı fərziyyələr fonunda start verib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM