satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Baş katibi nüvə təhlükəsi ilə bağlı dünya ölkələrinə müraciət edib

BMT-nin Baş katibi nüvə təhlükəsi ilə bağlı dünya ölkələrinə müraciət edib

BMT Baş katibi Antonio Quterreş nüvə təhlükəsi ilə bağlı dünya ölkələrinə müraciət edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Nüvə təhlükəsinin xəyal olmadığını qeyd edən Baş katib müraciətində bildirib: "Mən bütün ölkələri gərginliyi və riskləri azaltmağa, eləcə də nüvə təhlükəsinin aradan qaldırılması üçün konsesus əldə edilməsinə çağırıram".

A.Quterreş həmçinin vurğulayıb ki, sözügedən təhlükəni aradan qaldırmaq mümkündür və buna ehtiyac var.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş Prezident Dmitri Medvedev nüvə silahından istifadəni istisna etmədiklərini söyləyiblər. Onlar Rusiyanın müdafiəsi üçün bütün silahlardan istifadə edilə biləcəyini vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM