satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyət rejimi oktyabrın 2-dək uzadılıb

Rusiyanın 11 aeroportunda uçuşlara məhdudiyyət rejimi oktyabrın 2-dək uzadılıb

Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rosaviasiya məlumat yayıb. “Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 aeroportda uçuşlara məhdudiyyət rejimi 2022-ci il oktyabrın 2-dək uzadılıb”, - deyə məlumatda bildirilir.

Uçuşlara qoyulan müvəqqəti məhdudiyyət Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarını əhatə edir

Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM