satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada səfərbərlik üzrə çağırılan şəxs hərbi komissarı güllələyib

Rusiyada səfərbərlik üzrə çağırılan şəxs hərbi komissarı güllələyib

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev Ust-İlimsk şəhərində gəncin hərbi komissarlıqda atəş açdığını, hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyevin ağır yaralandığını, lakin ölmədiyini bildirib. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu o, “Telegram”dakı səhifəsində yazıb. 

Qubernatorun sözlərinə görə, hərbi komissar hazırda reanimasiyadadır, həkimlər onun həyatı uğrunda mübarizə aparır.

İ.Kobzev deyib ki, hərbi komissara atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb və qanun qarşısında cavab verəcək.  

Məlumata görə, hərbi komissarı güllələyən 25 yaşlı şəxs Ust-İlimsk şəhər sakinidir. 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. 

Hadisə yerində araşdırma aparılır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM