satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Ordusu son 7 ildə 36 mindən çox terrorçunu zərərsizləşdirib

Türkiyə Ordusu son 7 ildə 36 mindən çox terrorçunu zərərsizləşdirib

Türkiyənin Suriya və İraqda yeganə hədəfi terrorçulardır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki,  bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, İraq və Suriya başda olmaqla, Türkiyə bütün qonşu ölkələrin sərhədlərinə və suverenliyinə hörmət edir.

“Bizim yeganə məqsədimiz sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Bu səbəbdən terrorla mübarizəmizi qətiyyətlə davam etdiririk. Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək. Terrorla mübarizədə 24 iyul 2015-ci il tarixindən indiyədək 36 min 143 terrorçu zərərsizləşdirilib. Bu ilin yanvar ayından indiyədək olan məlumata görə, Suriya və İraqın şimalında 2 min 874 terrorçu zərərsizləşdirilib”, - deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM