satellite   Azerspace-1: 11135 H 30000

Dmitri Peskov: Kreml sərhədlərin bağlanmasına dair qərar qəbul etməyib

Dmitri Peskov: Kreml sərhədlərin bağlanmasına dair qərar qəbul etməyib

Rəsmi Moskva sərhədlərin bağlanmasına dair heç bir qərar qəbul etməyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

O bildirib ki, qismən səfərbərliklə əlaqədar Rusiyanın digər ölkələrlə sərhədlərinin bağlanmasına dair hazırda heç bir qərar qəbul edilməyib.

Kremlin sözçüsü, həmçinin Rusiyanın bəzi regionlarında hərbi vəziyyət elan olunacağı barədə xəbərləri də təkzib edib.

Bundan əlavə, D.Peskov bəzi KİV-lərdə səfərbərliyə cəlb olunanların sayının 300 min nəfər deyil, 1 milyon nəfər olacağına dair xəbərləri “saxta” adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM