satellite   Azerspace-1: 11135 H 30000

Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə başlayıb

Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə başlayıb

Rusiya Gürcüstan sərhədində hərbi çağırış üzrə operativ qrup işləyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikası başçısının və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstanla sərhəddə hərbi komissarlıq və icra hakimiyyəti orqanlarının nümayəndələri də daxil olmaqla, çağırış üzrə operativ qrup işləyir. Onlar sərhəddən çıxışda şəxsin hərbi xidmətə cəlb edilib-edilmədiyini, çağırışa cəlb olunub-olunmadığını yoxlayırlar. Məlumat öz təsdiqini tapdığı təqdirdə, həmin adama çağırış vərəqəsi təqdim olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM